• USD 1,7000 0,00% EUR 1,8412 -0,07%
    • GBP 2,2092 -0,37% RUB 0,0268 +0,37%

Azərbaycanda 9 gün dərs olmayacaq

Azərbaycanda 9 gün dərs olmayacaq

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayır.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.

Beşgünlük tədris həftəsi tətbiq edilən məktəblər yanvarın 25-i və 26-sı şənbə bazara düşdüyü üçün onlar artıq yanvarın 24-dən sonra tətilə çıxacaqlar. Həmçinin fevralın 1-i şənbə gününə təsadüf etdiyi üçün bu tədris həftəsi üçün ikinci yarımil fevralın 3-dən başlayacaq.

Altıgünlük tədris həftəsində işləyən məktəblər isə qış tətilinə yanvarın 25-dən sonra çıxacaqlar və ikinci yarımilə fevralın 1-dən başlayacaqlar.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR