Bakı Ali Neft Məktəbinin 11 tələbəsi xaricdə ixtisasartırma kurslarında iştirak edəcək
Bizi izləyin

Elm və təhsil

Bakı Ali Neft Məktəbinin 11 tələbəsi xaricdə ixtisasartırma kurslarında iştirak edəcək

Bakı Ali Neft Məktəbinin (BANM) 11 tələbəsi Norveç, Fransa və İtaliyada 2 ay ərzində ixtisasartırma kurslarında iştirak edəcək.

Onlar Heydər Əliyev Fondu və İtaliyanın neft və qaz şirkəti - “Technip FMC” arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən “Neft, qaz və neft-kimya sahəsində təhsil alan tələbələr üçün texnoloji biliklərin ötürülməsi üzrə magistr proqramı“ layihəsinin qalibləridirlər.

Layihə çərçivəsində qalib seçilən 11 nəfərdən 6-sı - Cavid Məmmədli, Fidan Quliyeva, Cavid Məcidov, Nigar Cahangirova, Faiq Hacıbalayev, Arzu Abdullayeva Kimya mühəndisliyi ixtisasının V kurs tələbələri, qalan 5 nəfər isə - Əli Nuraliyev, Aytac Xodayeva, Mirzəxan Əliyev, Xalidə Əhmədzadə, Elgün Yusifov Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələridirlər.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov xaricdə ixtisasartırma kurslarında iştirak edəcək tələbələr və onların valideynləri ilə görüşüb. Tələbələri təbrik edən rektor bildirib ki, gərgin və rəqabətli əmək bazarında peşəkar mütəxəssis kimi yetişmək üçün diplom yetərli deyil. O qeyd edib ki, ixtisasla bağlı biliklərlə yanaşı, praktiki bacarıqlar, xarici dil bilgiləri, yaradıcı yanaşma, sosial bacarıqlar, idarəetmə bacarıqları, məsuliyyətli yanaşma, nizam-intizam, qlobal trendləri izləmək, yenilikləri tətbiq etmək və onlara adoptasiya olmaq da çox önəmlidir. Rektor onu da əlavə edib ki, tələbələrin şəxsi inkişafında xüsusi izlər qoyacaq bu kurs onların əcnəbi həmkarları ilə yeni əlaqələr qurması baxımdan da perspektivlidir.

E.Qasımov ixtisasartırma kurslarında iştirak edəcək tələbələrə təcrübə keçəcəkləri ölkələrdə Ali Məktəbi, eləcə də Azərbaycanı layiqincə təmsil etməyi tövsiyyə edib.

Görüşdə çıxış edən tələbələr və onların valideynləri göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm