Elm və təhsil
Bu şəxslər dövlət qulluğuna imtahansız qəbul ediləcək
"Dövlət qulluğuna qəbul qaydalarına dəyişiklik ediləcək, "Yüksəliş” müsabiqəsinin qalibləri dövlət qulluğuna imtahansız qəbul olunacaqlar".
Bunu müsabiqə ilə bağlı yaradılan İşçi qrupun rəhbəri Fərhad Hacıyev deyib.
O bildirib ki, “Yüksəliş” müsabiqəsinin hər bir qalibinə ayrılacaq 20 min manat qrantın 10 min manatı mütləq müsabiqə bitəndən sonra 1 il ərzində təhsilə xərclənməlidir.
F.Hacıyev deyib ki, müsabiqənin qalibləri kadrların ehtiyat bankına daxil ediləcək: "Həmin şəxslərin uzun müddət ehtiyatda qalacağına inanmıram. Çünki bu gün ölkədə aparılan ciddi kadr islahatlarını nəzərə alsaq, yəqin ki, onlar qısa müddətdə müvafiq işlə təmin olunacaqlar. Hətta bəzi qurumlar var ki, nəinki qaliblər, finala çıxacaq namizədlərlə belə işləmək istədiklərini ifadə ediblər".
O qeyd edib ki, müsabiqənin qaliblərindən sonradan dövlət qulluğuna qəbul üçün imtahan tələb olunmayacaq: "Biz bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə də danışmışıq. Yəqin ki, bununla əlaqədar dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik də ediləcək”. (report)
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq