Məşhur qazimizin Vikipediya məqaləsi silindi
Bizi izləyin

Elm və təhsil

Məşhur qazimizin Vikipediya məqaləsi silindi

Azərbaycan ordusunun ehtiyatda olan giziri Natiq Mehdiyevin Vikipediyada olan məqaləsi silinib.

Publika.az xəbər verir ki, bu barədə Qarabağ qazisi özü Feysbuk hesabında qeyd edib.

“Təəssüf ki, Vikipediyadakı məqaləmi siliblər. Elnur Eltürk və komandası mənim haqqımda məqalə yaratmışdılar. Görünür, hansısa qüvvələr bizim məqaləmizin olmasını istəmirlər. Bu günlərdə özümlə bağlı internetə məlumatlara baxanda məqaləmin silindiyini gördüm”, - N. Mehdiyev bildirib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən AMEA Mərkəzi Elmi Kitabxananın direktor müavini Elnur Eltürk sözügedən məqalənin könüllülər tərəfindən yüksək səviyyədə hazırladığını bildirərək, onun silinməsindən təəssüf hissi keçirdiyini söyləyib:

“Məqalənin məzmunu və istinadları yerində idi. Amma nədənsə səsvermə yolu ilə silinib. Təəssüf ki, müzakirədən də xəbərimiz olmayıb. Natiq Mehdiyev qəhrəman oğlumuzdur və onun vətən qarşısında xidmətləri misilsizdir. Dövlətimiz tərəfindən də təltif olunub. Həm də ölkənin ictimai, sosial və mədəni həyatında tanınmış isimlərdəndir.

Amma elə şəxslər var ki, onların məqaləsi Vikipediyanın prinsiplərinə, qaydalarına ziddir. Həmin məqalələr müzakirə yolu ilə, ya da birbaşa idarəçi tərəfindən silinir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm