Elm və təhsil
Koronavirus Azərbaycan dilinin orfoqrafiya lüğətinə salındı
Son günlər dünyada tüğyan edən yeni növ virusun - koronavirusun yayılması dilimizdə bu sözün istifadəsini artırıb.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
O bildirib ki, koronavirus Azərbaycan dilinə yeni daxil olan söz olduğuna görə yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə əlavə olunub:
"Koronovirus beynəlxalq ad və beynəlmiləl söz olduğuna görə biz bunu öz dilimizə tərcümə edə bilmədik. Çünki bu söz dünyada olduğu kimi qəbul edilib. Artıq koronavirus iki sözün birləşməsindən əmələ gələn mürəkkəb söz kimi yeni lüğətimizə də salınıb. Sadəcə olaraq, lüğətdə məna qeyd olunmadığına görə bu adın da mənası qeyd olunmayacaq".
M.Nağısoylu xatırladıb ki, yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" mart ayında çapdan çıxacaq. (report)
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR









.jpg)



.jpg)



.jpg)























