Bakıda universitet tələbələrinə XƏBƏRDARLIQ
Bizi izləyin

Elm və təhsil

Bakıda universitet tələbələrinə XƏBƏRDARLIQ

Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi universitetin koronavirusla bağlı şayiə yayan tələbələrinə ciddi xəbərdarlıq edib.

Bu barədə Trend-ə AzTU-nun mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova deyib.

Onun sözlərinə görə, universitet rəhbərliyi tərəfindən həmin tələbələrə ciddi xəbərdarlıq olunub: "Tədris başlayanda bir daha belə bir halın yaşanmaması üçün xəbərdarlıq ediləcək, eyni zamanda təlim-tərbiyə işinə nəzarət gücləndiriləcək".

Xatırladaq ki, Azərbaycan Texniki Universitetinin 3-cü kurs tələbəsi Faiq Həsənov tələbə yoldaşı Eyvaz Cəfərovun koronavirusdan ölməsi barədə məlumat yayıb.

Tələbələrin zarafatlaşması ictimaiyyət arasında ciddi başa düşülüb və böyük rezonansa səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm