Tələbələr arasında esse müsabiqəsinin qalibləri açıqlandı
Bizi izləyin

Elm və təhsil

Tələbələr arasında esse müsabiqəsinin qalibləri açıqlandı

Tələbələr arasında keçirilən “Azərbaycan naminə” adlı esse yazı müsabiqəsinin qalibləri açıqlanıb.

Publika.az xəbər verir ki, Zəfər” Şəhid ailələrinə dəstək ictimai birliyi Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə 2016-cı il 1-4 aprel tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərin 4-cü ildönümünə həsr olunmuş, ölkəmizdə yerləşən 10 universitet arasında 01.02.2020-10.03.2020-ci il tarixlərində “Azərbaycan naminə” adlı esse yazı müsabiqəsi təşkil etmişdir.

Müsabiqə aşagıdakı mövzuları əhatə etmiş və hər mövzu üzrə göndərilən yazıların statistikası aşağıdakı kimi olmuşdur:

-Vətənpərvərlik və şəhidlik zirvəsi-228 esse

-Mənəvi dəyərlərimiz-52 esse

-Azərbaycançılıq məfkurəsi-43 esse

Bildirmək istəyirik ki, esse yazı müsabiqəsində tələbələrimiz fəal iştirak etmiş, hər üç mövzu ətrafında ümumilikdə 323 mövzu münsiflər tərəfindən dəyərləndirilərək müsabiqəyə qəbul edilmişdir. Elektron ünvana göndərilmiş, lakin müsabiqə şərtlərinə uyğun olmayan esselər qəbul edilməmişdir. Müsabiqədə iştirak edən universitetlərin fəallıq göstəricisini qeyd etmək istəyirik:

Bakı Dövlət Universiteti-94 esse

Bakı Slavyan Universiteti-64 esse

Azərbaycan Dövlət Pedoqoji Universiteti-55 esse

Lənkəran Dövlət Universiteti-26 esse

Bakı Ali Neft Məktəbi-21 esse

Bakı Mühəndislik Universiteti-19 esse

Dövlət İdarəçilik Akademiyası-16 esse

Gəncə Dövlət Universiteti-15 esse

Azərbaycan Memarlıq və İnşaat Universiteti-8 esse

Azərbaycan İlahiyyat İnstitutu-5 esse

Esselər elektron ünvana daxil olduqdan sonra qiymətləndirmənin obyektivliyini təmin etmək üçün kodlaşdırılaraq aşağıdakı tərkibdə münsiflər komissiyasına göndərilmişdir:

Komissiyanın sədri: Nigar Gözəlova- Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi

Komissiyanın üzvləri: Əkrəm Bağırov- Filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Əlyazmalar institutunun əməkdaşı, Ramilə Qurbanlı- jurnalist-publisist, “Lent.az” saytının əməkdaşı

Münsiflər komissiyası tərəfindən hər bir esse hərtərəfli, obyektiv yoxlanılmış və hər bir münsif tərəfindən ən yüksək nəticə əldə etmiş aşağıda adları göstərilən tələbələr müsabiqənin qalibləri adını qazanmışlar:

Əhmədov Rəşad Bəxtiyar oğlu- BANM-nin kimya mühəndisliyi fakültəsinin 3-cü kurs tələbəsi - 1-ci yer Vəliyeva Günəş Ələsgər qızı- BDU-nun tətbiqi riyaziyyat və kibernetika fakültəsinin 2-ci kurs tələbəsi – 2-ci yer Balakişiyeva İlahə Rafail qızı- DİA-nın siyasi idarəetmə fakültəsinin 3-cü kurs tələbəsi – 2-ci yer Bayramlı Nizami İmran oğlu – BSU-nun 2-ci ali təhsil tələbəsi – 3-cü yer Mirhüseynli Nuranə Mirhəmid qızı – BMU-nun pedoqoji fakültənin 5-ci kurs tələbəsi – 3-cü yer Həsənova Arzu Rahib qızı – BDU-nun sosial-psixoloji xidmət fakültəsinin 2-ci kurs tələbəsi – 3-cü yer Pirəliyeva Səadət Elşad qızı – ADPU-nun pedoqoji fakültənin 4-cü kurs tələbəsi -3-cü kurs –həvəsləndirici mükafat Fərzəliyev Xəyal Vüqar oğlu – BANM-nin informasiya təhlükəsizliyi fakültəsinin 2-ci kurs tələbəsi – həvəsləndirici mükafat Mirzəyeva Nuranə Şıxəli qızı – ADPU-nun filologiya fakültəsinin 1-ci kurs tələbəsi – həvəsləndirici mükafat Əlinur Ziya Əlövsət oğlu – LDU-nun təbiyyət fakültəsinin 4-cü kurs tələbəsi – həvəsləndirici mükafat Əliyeva Nigar Ramiz qızı- BDU-nun filologiya fakültəsinin 3-cü kurs tələbəsi – həvəsləndirici mükafat

Təşkilatımız adından bu müsabiqədə iştirak edən hər bir tələbəyə dərin təşəkkürümüzü bildirir, qaliblərimizi isə təbrik edirik!

Qoy hər zaman yalnız “Azərbaycan naminə” düşünək!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm