İmtahanlarla bağlı VACİB YENİLİK: 10 gün ərzində...
Bizi izləyin

Elm və təhsil

İmtahanlarla bağlı VACİB YENİLİK: 10 gün ərzində...

Karantin rejimi ilə əlaqədar imtahan qrafiklərində dəyişiklik edilib. Mart və aprel aylarında olan imtahanlar keçirilmədiyi üçün yeni qrafik hazırlanacaq. Bu qrafik 10 gün ərzində ictimaiyyətə təqdim ediləcək.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, mayın 4-dən karantin rejimindən tədricən çıxacacağıq:

“Biz də buna uyğun olaraq, imtahan qrafiki təqdim edəcəyik. Sual verilir ki, imtahan nə zaman olacaq. Bunu dərk etmək lazımdır ki, əsas məqsədimiz sanitar-gigiyena qaydalarına əməl etmək, insanların sağlamlığını qorumaqdır. İmtahan iştirakçılarını təhlükəyə atmamalıyıq”. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm