İmtahan binalarında abituriyentlərin hərarətləri ölçüləcək
Bizi izləyin

Elm və təhsil

İmtahan binalarında abituriyentlərin hərarətləri ölçüləcək

Bu il qəbul imtahanları bir dəfə keçirilərsə, xəstə abituriyentlərin imtahanlarda ikinci dəfə iştirak etmək imkanı olmayacaq. İmtahan binalarında abituriyentlərin hərarətləri yoxlanılacaq.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib.

M.Abbaszadə qeyd edib ki, hərarəti olan abituriyentlər zala buraxılmayacaq:

“Biz fevralda da magistraturaya qəbul imtahanı keçirdikdə namizədlərin hərarətlərini ölçürdük. Bu, martın 1-də keçirilən buraxılış imtahanında da edilib. Məlumdur ki, buraxılış imtahanında iştirak edə bilməyənlər üçün payız aylarında təkrar buraxılış imtahanı keçirilir. Qəbul imtahanları iki dəfə keçirilərsə, təbii ki, bir imtahanda iştirak edə bilməyən abituriyentlərin digər imtahanda iştirak edə bilmək imkanı olacaq. Amma imtahan bir dəfə keçirilərsə, bizim xəstə abituriyentlər üçün təkrar imtahan keçirmək imkanımız olmayacaq. Hər bir insanın sağlamlığı bizim üçün vacibdir. İmtahana gələn hər bir şəxs özü məsuliyyət daşımalı və bilməlidir ki, xəstədirsə, imtahana gəlməməlidir. Belə hallar əvvəllər də olub. Su çiçəyi, qızılca xəstəliyi olan insanlar imtahan gəlməyə cəhd ediblər. Amma biz belə iştirakçıları imtahana buraxmamışıq. İmtahan iştirakçılarının sağlamlığı hər zaman yoxlanılıb”. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm