Təhsil nazirinin iştirakı ilə brifinq keçirilir - CANLI YAYIM
Bizi izləyin

Elm və təhsil

Təhsil nazirinin iştirakı ilə brifinq keçirilir - CANLI YAYIM

Ölkəmizdə ilk koronavirusa yoluxma faktı qeydə alınan kimi ölkə ərazisində tədris prosesi dayandırıldı.

Publika.az xəbər verir ki, bunu Təhsil Naziri Ceyhun Bayramov Operativ Qərargahın brifinqində deyib.

"Bu qərar qəbul ediləndə dünyanın 12 ölkəsi bu addımı atdı, daha sonra 190 ölkədə tədris prosesi dayandılıldı. Bu addım göstərdi ki, ölkədə insanların sağlamlığı ön plandadır.

Biz prosesin vacib mərhələsindəyik. Bundan sonra məhdudiyyətlərin aradan götürülməsində bizim üçün xoşagəlməyən, real ola biləcək halların baş verməməsi üçün vətəndaşların məsuliyyəti vacibdir. Əminəm ki, hər bir vətəndaş bu tövsiyələrə əməl edərək, pozitiv nətirəcələrin əldə olmasına kömək edəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm