Nazirliyin qaynar xəttinin funksiyaları genişlənib - Ceyhun Bayramov
Bizi izləyin

Elm və təhsil

Nazirliyin qaynar xəttinin funksiyaları genişlənib - Ceyhun Bayramov

13 apreldə 2020-ci il üçün həssas təbəqəyə aid ailələrin övladlarının təhsil haqlarının ödənilməsi ilə bağlı qərar qəbul olunub və mövzu üzərində işlənilir.

Publika.az xəbər verir ki, bunu Təhsil Naziri Ceyhun Bayramov Operativ Qərargahın brifinqində deyib:

"Tələbələr sistemə daxil olub, həssas qrupa aid olduqlarını təsdiq edəcəklər və məlumatlar Təhsil Nazirliyinin sisteminə daxil olacaq. Daha sonra təhsil müəssisələrinə bu barədə təlimat göndəriləcək. Qərar 2020-ci ilin yay və qış sessiyaları üçün nəzərdə tutulub".

Nazir qeyd edib ki, aprelin 6-dan etibarən Təhsil Nazirliyinin qaynar xəttinin funksiyaları genişlənib. Qaynar xəttə zəng edən şəxslərə psixoloji dəstək göstərilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm