"İyirmi üç min tələbə dövlət hesabına təhsil alacaq" - Nazir
Bizi izləyin

Elm və təhsil

"İyirmi üç min tələbə dövlət hesabına təhsil alacaq" - Nazir

Mövcud şəraitə uyğun olaraq tələbələrimizə məzmunun çatdırılması əsas prioritetdir. Bəzi ali təhsil müəssisələrimiz onlayn təhsilə qısa müddət ərzində start verdilər.

Publika.az xəbər verir ki, bunu Təhsil Naziri Ceyhun Bayramov Operativ Qərargahın brifinqində deyib:

"Hazırda 21 ali təhsil müəssisəsi onlayn təhsilə qoşulub və proses davam edir. 95 min tələbə onlayn platforma vasitəsilə dərslərdən yararlanır. Bu istiqamətdə ali təhsilin əlçatanlığını xüsusi qeyd etməliyik. 2019-2020-ci ildə tədris alanların sayında artım müşahidə edilib. Bəzi tələbələrimiz ödənişsiz təhsil almaq hüququ əldə ediblər və bu sıralarda 1-ci və 2-ci qrup əlillər də yer alır".

C. Bayramov 2021-ci ildə 23 min tələbənin dövlət hesabına təhsil almasının planlaşdırıldığını qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm