Yaxın zamanlarda qərarlar elan olunacaq - Nazir
Bizi izləyin

Elm və təhsil

Yaxın zamanlarda qərarlar elan olunacaq - Nazir

İmtahanlarla bağlı Dövlət İmtahan Mərkəzi (DİM) ilə mütəmadi olaraq müzakirələr aparılır. İmtahanların keçirilməsi ilə bağlı planlar hazırlanır. Bu qərarlar yaxın zamanda elan olunacaq.

Publika.az xəbər verir ki, bunu Təhsil Naziri Ceyhun Bayramov Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, ali təhsil müəssisələrinin rektorları ilə görüş keçirilib: "Yaz sessiyasının qiymətləndirilməsi ilə bağlı müzakirələr aparılır. Təkliflər hazırlanılır. Bu barədə ilkin olaraq Baş nazirlə müzakirələr həyata keçirilib".

Ceyhun Bayramov qeyd edib ki, müəllimlərin işə qəbulu 3 mərhələyə bölünür: "Daimiləşmə, yerdəyişmə və yeni işə qəbul olma prosesi. Yalnız bir müsahibə mərhələsi var və bunun onlayn şəkildə həyata keçirilməsi üzərində işlər aparılır.

Eyni zamanda yerdəyişmə prosesi iyun ayında, işə qəbul isə iyul ayında həyata keçiriləcək. Yeni normaları nəzərə almaqla, bu istiqamətdə işlər aparılır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm