Buraxılış imtahanları ilə bağlı BU DƏYİŞİKLİKLƏR olacaq - RƏSMİ
Bizi izləyin

Elm və təhsil

Buraxılış imtahanları ilə bağlı BU DƏYİŞİKLİKLƏR olacaq - RƏSMİ

İyun ayında 9-cu sinif buraxılış imtahanlarının bir mərhələdə keçirilməsi planlaşdırılır.

Publika.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

DİM sədri bildirib ki, Bakı, Şirvan və Naxçıvanda I mərhələ keçirildiyinə görə digər bölgələr üzrə məzunlar yalnız imtahanın II mərhələsində iştirak edəcəklər: "Bu mərhələ üzrə maksimal bal 70 deyil, 100 bal olaraq hesablanacaq".

DİM sədri deyib ki, 11-ci sinif buraxılış imtahanlarının da iyun ayı ərzində təşkil edilməsi planlaşdırılır.

Onun sözlərinə görə, Operativ Qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilmə ardıcıllığı müəyyən olunacaq: "İmtahana buraxılış vərəqələri imtahan günündən 5-7 gün əvvəl DİM-in saytında yerləşdirilir. Buraxılış imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur".

O bildirib ki, məzunlar buraxılış imtahanında əvvəlki illərdə olduğu kimi hər fənn üzrə maksimum 100 bal toplaya bilərlər.

xxx

Bu ilin 9-11-ci sinif məzunlarının imtahan proqramlarından edilən çıxarışlar DİM-in rəsmi saytında qetd olunacaq.

DİM sədri bildirib ki, çıxarışlar yalnız bu ilə aiddir. Gələn il üçün həmin dövrün şəraitinə uyğun proqram hazırlanacaq.

xxx

Onun sözlərinə görə, iyunda 160 mindən çox şagird imtahanlarda iştirak edəcək və bu, təşkilati baxımından ciddi yenilik tətbiq etməyi tələb edir.

O qeyd edib kİ, bu prosesə nəzarətçi olaraq yenə də müəllimlər cəlb olunacaq. Amma onların sayı artacaq: "Epidemioloji vəziyyət nəzərə alınaraq imtahan cədvəlləri müəyyən olunacaq. Imtahanlar şənbə və bazar günlərinə salınacaq. Müəllimlər üçün müvəqqəti iş yerləri müəyyən olunacaq. Tədris sisteminin işçiləri də prosesə cəlb olunacaq".

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm