Ayda 2 dəfə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Bizi izləyin

Elm və təhsil

Ayda 2 dəfə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

Martın 9-dan başlayaraq dövlət qulluğuna dair 2 min 600 müsahibə təxirə salınıb.

Publika.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, avqust ayından başlayaraq ayda 2 dəfə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək: "Müsabiqə Bakı və regionlarda olacaq. 35 dövlət orqanına müsabiqə nəzərdə tutulur. Bu müsahibələrin hamısı onlayn qaydada olacaq. Müsahibənin cədvələri dövlət qurumları ilə razılaşdırılır.

Magistraturaya imtahan verən şəxslər isə elektron formada ərizələrini təqdim edəcək və onlayn qaydada yekun müsabiqənin keçirilməsi baş tutacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm