Elm və təhsil
Bu abituriyentlərin imtahan nəticələri ləğv edilə bilər
Dövlət İmtahan Mərkəzi (DİM) imtahan iştirakçılarının öz sağlamlıqları haqqında bəyannaməni hansı formada əldə edəcəklərini açıqlayıb.
Mərkəzin mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, abituriyentlər bəyannaməni elektron qaydada əldə edəcəklər. Abituriyentlər imtahanda iştirak üçün “İmtahana buraxılış vərəqəsi”ni əldə edərkən bəyannaməni də çap edə biləcəklər. Bəyannamədə imtahan iştirakçısının adı, familiyası, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi qeyd ediləcək:
“Abituriyent həmin bəyannaməni imzalamaqla təsdiq edəcək ki, son 15 gün ərzində onun özündə və ailə üzvləri arasında koronavirusa yoluxma halı qeydə alınmayıb, koronavirusa yoluxmuş heç bir şəxslə təmasda olmayıb, imtahana gələrkən bədən temperaturu 37 dərəcədən aşağı olub, tənəffüs yollarının kəskin infeksiyası simptomları mövcud olmayıb”.
X.Xanlarzadə əlavə edib ki, imtahan iştirakçısı bəyannamədəki məlumatların tam və düzgün göstərilməsinə görə Azərbaycan qanunvericiliyinə uyğun olaraq, məsuliyyət daşıyacaq.
DİM rəsmisi bildirib ki, əgər abituriyentin özündə və ya ailə üzvlərində koronavirus olarsa və o, bu məlumatı qəsdən gizlədərsə, bu zaman abituriyentin imtahan nəticələri ləğv edilə bilər.
Bəyannamədə abituriyentə yanlış məlumatların verilməsinin imtahan nəticələrinin ləğvinə səbəb ola biləcəyi barədə məlumat verilir. Buna görə də abituriyent öz məsuliyyətini dərk edərək bəyannaməni təsdiq etməlidir.
X.Xanlarzadə onu da əlavə edib ki, hər imtahan günündən 5 gün əvvəl DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni çap etmək mümkün olacaq. Abituriyentlər həmin vərəqəni çap edərkən bəyannaməni də çap edə biləcəklər. (trend)
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO