Buraxılış siniflərinin şagirdlərinə XƏBƏRDARLIQ: 15-30 iyunda...
Bizi izləyin

Elm və təhsil

Buraxılış siniflərinin şagirdlərinə XƏBƏRDARLIQ: 15-30 iyunda...

9 və 11-ci sinif şagirdləri üçün 15-30 iyun tarixləri arasında dərs vəsaitlərinin məktəbə qaytarılması prosesi baş tutmalıdır. Çünki onlar təhsil pilləsini bitirib, bəzi hallarda isə məktəbi tərk edirlər.

Publika.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdirinin müavini Orxan Abbasov feysbuk üzərindən təşkil edilən canlı yayımda deyib.

O bildirib ki, 2, 3, 4, 6, 7, 8 və 10-cu siniflər 1-15 avqust tarixləri arasında dərs vəsaitlərini məktəbə təhvil verməlidir.

1 və 5-ci siniflər 1-15 sentyabr tarixlərində bu prosesdə iştirak etməlidir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm