Elm və təhsil
Doktoranturaya qəbul vaxtı açıqlandı
Doktoranturaya qəbul prosesinin iyul-avqust aylarında keçirilməsi nəzərdə tutulur.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, ötən ilə qədər doktoranturaya qəbul noyabr-dekabr aylarında aparılıb. Bu isə doktoranturada tədrisin təşkili ilə bağlı müəyyən çətinliklər yaradırdı:
“Ona görə də bu il iyul-avqust aylarında prosesin aparılması - imtahanların elan edilməsi, keçirilməsi nəzərdə tutulurdu. Pandemiya dövrü ilə əlaqədar imtahanların keçirilməsi məsələsində çətinliklər yaranmasa, qərarımız qüvvədə qalır”.
İ.Həbibbəyli əlavə edib ki, imtahanların keçirilməsi qaydalarında heç bir dəyişiklik edilməyib:
“İmtahanlar ötənilki qaydada keçiriləcək. İxtisas fənni üzrə imtahanlar müvafiq institut tərəfindən, fəlsəfədən imtahan AMEA tərəfindən mərkəzləşdirilmiş şəkildə təşkil edilir. Xarici dil fənni üzrə imtahan isə Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır”. (trend)
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!