Elm və təhsil
Amerikada oxumaq istəyirsinizsə... - Qəbul başladı
Amerikanın Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedoqoji Universiteti menecer ixtisası üzrə tələbə qəbulu elan edib. Tədqiqat bacarıqlarını formalaşdırmaq istəyən bütün şəxslərə bu fürsətləri dəyərləndirməyi tövsiyə edirik.
Publika.az xəbər verir ki, bu sözləri “2019-2023-cü illərdə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili, eyni zamanda UFAZ-da magistratura proqramının həyata keçirilməsi ilə bağlı onlayn mətbuat konfransında Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli deyib.
O bildirib ki, universitetlərə qəbul iyulun 20-nə qədər davam edəcək: “Həmçinin ADA ilə Corc Vaşinqton Universiteti arasında data analitika üzrə proqram imzalanıb. Hazırda tələbə qəbulu prosesi yekunlaşır və proqram sentyabrdan başlayacaq. Onu qeyd edim ki, iki yeniliyimiz var: tezliklə Türkiyənin Egey Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında kənd təsərüfatının 4 istiqaməti üzrə müqavilə imzalanacaq. Bu proqramla təhsil alanlar həm Egey Universitetinin, həm də Aqrar Universitetin diplomunu alacaq. Koreya universitetləri ilə mühəndislik ixtisası üzrə də müqaviləmiz var ki, bu proqramı seçən tələbələr 3 il Azərbaycanda, 1 il Koreyada təhsil alacaq. Bütün bu proqramlar tamamilə pulsuz həyata keçirilir”.
Qeyd edək ki, konfrans nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun moderatorluğu ilə keçirilir. Konfransda “2019-2023-cü illərdə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən Mujdat Həsənov və Azərbaycan – Fransız Universitetinin direktoru Vazeh Əsgərov iştirak edir.
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?