Nazirlik məlumat yaydı - Sənəd qəbulunun vaxtı uzadıldı
Bizi izləyin

Elm və təhsil

Nazirlik məlumat yaydı - Sənəd qəbulunun vaxtı uzadıldı

Xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş cari il üzrə II sənəd qəbulunun müddəti uzadılıb.

Təhsil Nazirliyindən Publika.az-a bildirilib ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti avqustun 16-sı saat 23:59-dək uzadılıb.

Ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilmiş elanda verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm