TƏBİB koronavirusla bağlı məlumat yaydı
Bizi izləyin

Səhiyyə

TƏBİB koronavirusla bağlı məlumat yaydı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 9-na olan statistik göstəriciləri açıqlayıb.

Publika.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 5 618 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 785 126 test aparılıb. Onlardan 33 568-nin cavabı pozitiv çıxıb. İndiyədək 490 nəfər COVID-19-dan dünyasını dəyişib, 30 364 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2 714 nəfərdir. 253 nəfər reanimasiyada, 47 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 87 yoluxma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 308 pasiyent sağalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm