Peşə təhsili müəssisələrinə qəbul başladı
Bizi izləyin

Elm və təhsil

Peşə təhsili müəssisələrinə qəbul başladı

Bu gündən peşə təhsili pilləsinə 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu başlanılır. İlk dəfə olaraq peşə təhsil müəssisələrinə qəbul olmaq istəyənlər elektron qaydada qeydiyyatdan keçərək müraciət ünvanlaya biləcəklər.

Publika.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov peşə təhsili üzrə tələbə qəbulu haqqında bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, peşə təhsili almaq istəyən şəxslər 10-24 avqust tarixlərində qebul.vet.edu.az platforması üzərindən ödənişsiz qaydada qeydiyyatdan keçə bilərlər: "Peşə təhsil müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər. Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatlarının doğruluğu yoxlandıqdan sonra müraciət edən şəxsin ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır".

Pərviz Yusifov bildirib ki, tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır: "Müraciətlər barədə məlumat şəxsi kabinetin bölümündə yenilənir. Müsabiqədə iştirak edən şəxslərə müraciətin nəticəsi barədə sms vasitəsilə də məlumatın verilməsi nəzərdə tutulur. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslini təqdim edilməsi üçün dəvət olunacaqlar".

O qeyd edib ki, pandemiya dövrünü nəzərə alaraq, peşə təhsili müəssisələrinə qəbul onlayn qaydada həyata keçiriləcək: "Eyni zamanda müxtəlif ixtisasların onlayn tədrisi üzərində işlər aparılır. Aidiyyəti qərar qəbul olunduqdan sonra bu barədə məlumat veriləcək. Artıq bir sıra ixtisaslar üzrə onlayn dərslər hazırlanıb və yeni tədris ilində istifadəyə veriləcəkdir"

Peşə Təhsili üzrə Dövlət Agentliyinin Baş məsləhətçisi Röyal Yolçuzadə isə bildirib ki, peşə təhsili müəssisələrinnin 9 və 11 illik təhsil bazalarını bitirənlərə uyğun olaraq ixtisaslar bölünüb.

Onun sözlərinə görə, peşə təhsili müəssisələrində ödənişsiz təhsil alan şəxslər ikinci dəfə ödənişli əsaslarla təhsil alacaqlar: "Qeydiyyat prosesində sənədi təsdiqləmək üçün şəxsə 2 dəfə bildiriş göndərilir. Sənəd təsdiqləndikdən sonra orada dəyişiklik etmək mümkün olmayacaq. Müsabiqədən uğurla keçən şəxslər üçün müəssisədə qeydiyyat prosesi sıxlıq olmaması üçün növbəli şəkildə həyata keçiriləcək".

O qeyd edib ki, qəbulun ikinci mərhələsi barədə indi proqnoz vermək mümkün deyil: "Əgər vakant yerlər qalacaqsa, qəbul sentyabrda baş tutacaq. Bu halda ictimaiyyətə məlumat veriləcək"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm