Elm və təhsil
Bakının mərkəzində gizli uşaq bağçası aşkarlandı - FOTO
Səbail rayonu, Lermontov küçəsi 119 ünvanında yaşayış üçün nəzərdə tutulan mənzildə karantin qaydalarına zidd olaraq qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkar edilib.
Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumat daxil olan kimi Səbail Rayon Polis İdarəsinin əməkdaşları həmin ünvana yollanıblar. Baxış zamanı qeyd edilən ünvanda yaşayan Cahan Kərimovanın karantin qaydalarını kobud sürətdə pozaraq bağça təşkil etdiyi məlum olub. Mənzilə baxış zamanı 10 azyaşlı uşaq müəyyən edilib və onlar valideynlərinə təhvil veriliblər. Bağçanın sahibinə polislər tərəfindən ciddi xəbərdarlıq edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və o, cərimələnib.
Qeyd edək ki, övladlarının sağlamlıqlaını risk altına qoyan valideynlər də məsuliyyətdən yayına bilməyiblər. Qanunsuz fəaliyyət göstərən uşaq bağçasına övladlarını göndərən şəxslər barəsində də inzibati protokollar tərtib edilib və onlar da cərimə olunublar.
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR