Yeni tədris ilində hibrid təhsil tətbiq oluna bilər - VİDEO
Bizi izləyin

Elm və təhsil

Yeni tədris ilində hibrid təhsil tətbiq oluna bilər - VİDEO

Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi qarşıdan gələn yeni tədris ili ilə bağlı canlı yayım edib. Nazirlik əməkdaşlarının müzakirəsinə izləyicilər də qoşulub, öz suallarını şərh bölməsində yaza biliblər.

Publika.az xəbər verir ki, canlı yayımda iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev hibrid təhsilin istisna olmadığını qeyd edib:

"Ölkə üzrə 4500-dən çox məktəb var: Elə yerlər var ki, orada yoluxma çox azdır. Ölkəni iki hissəyə - "sarı" və "narıncı" zonaya bölərək təkliflər verə bilmərik. Bu təkliflər ölkə üzrədir. Bu gün təhsil sistemi açıla bilməz deyə, bir yanaşma var. Bu sözləri deyəndə, qərar verəndə, təkcə sıxlıq olan yerləri deyil, ölkəni nəzərə almalıyıq. Bilməliyik ki, hibrid təhsil sistemi harada yaxşı tətbiq oluna biləcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm