DİM-dən 261 nəfərə ŞAD XƏBƏR - İşə qəbul olundular
Bizi izləyin

Elm və təhsil

DİM-dən 261 nəfərə ŞAD XƏBƏR - İşə qəbul olundular

Ümumilikdə 19 dövlət orqanında 495 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il sentyabrın 17-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

Publika.az DİM-in avqustun 18-i saat 14:35-ə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 261 nəfər uğur qazanıb. Onlardan 173-ü Qida Təhlükəsizliyi Agentliyində, 26-sı Təhsil Nazirliyində, 21-i Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 18-i Maliyyə Nazirliyində, 17-si Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 3712 nəfər sənəd verib. Müsahibə avqustun 20-də başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm