Bu gün 17 regionda müəllimlərin işə qəbul imtahanı keçirilir
Bizi izləyin

Elm və təhsil

Bu gün 17 regionda müəllimlərin işə qəbul imtahanı keçirilir

Avqustun 20-də Azərbaycan dili və ədəbiyyat, musiqi fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir. İmtahanlarda 2282 namizədin iştirakı nəzərdə tutulub.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm