İmtahandan keçə bilməyən namizədlərə ŞAD XƏBƏR - VİDEO
Bizi izləyin

Elm və təhsil

İmtahandan keçə bilməyən namizədlərə ŞAD XƏBƏR - VİDEO

Video əlavə edilib.

*****

08:48

Avqustun 21-dən müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən müsahibələrdə uğur qazanmayan namizədlərin apellyasiya müraciətləri üçün qeydiyyat başlayıb.

Təhsil Nazirliyindən Publika.az-a bildirilib ki, sözügedən müsahibələrdə uğur qazanmayan namizədlər 24 avqust saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq apellyasiya müraciətlərini təsdiq edə bilərlər.

Namizədlərin apelyasiya müraciətlərinə baxılması məqsədilə təkrar onlayn müsahibələr keçiriləcək. Apelyasiya müraciətini təsdiq edən namizədlərin şəxsi səhifəsinə keçiriləcək onlayn müsahibənin vaxtı barədə məlumat göndəriləcək.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə 4-20 may 2020-ci il tarixləri aralığında, eyni zamanda 10 iyul 2020-ci il tarixində onlayn müsahibələr keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm