Azərbaycanda dərslərin başlayacağı tarix açıqlandı
Bizi izləyin

Elm və təhsil

Azərbaycanda dərslərin başlayacağı tarix açıqlandı

Azərbaycanda tədris ili sentyabr ayının 15-dən başlayır, bu belədir. Təhsil bərpa olunacaq, ancaq xüsusi şərtlər daxilində.

Publika.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, tədris ili başa çatdıqdan sonra tədrisin təşkili ilə bağlı əlaqədar qurumlarla müzakirələr aparılıb: "Təhsil Nazirliyi və Təhsil İnstitutu bu müddətə beynəlxalq təcrübələri öyrəndi. Bu gün dünyada 60 ölkədə məktəblər açılıb, 39 ölkədə isə bununla bağlı ümumiyyətlə qərar yoxdur".

Nazir qeyd edib ki, pandemiya şəraitində hansı tədrisin daha rahat olması yox, ən az riskli olan təhsil növü haqqında fikirləşmək lazımdır: "Təhsil sistemi özündə bir neçə milyon insanın hərəkətini və ünsiyyətini ehtiva edir. Təhsil müəssisələrinin açılması virusun yayılmasına təsir edən faktor kimi nəzərə alınmalıdır. Biz də ən doğru qərarların qəbul olunması haqqında fikir mübadiləsi aparmışıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm