Bu abituriyent 700 bal topladı - FOTO
Bizi izləyin

Elm və təhsil

Bu abituriyent 700 bal topladı - FOTO

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 13-14 avqust 2020-ci il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 394.3 bal toplayan Sumqayıt şəhəri, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu göstərib. O, hər iki mərhələnin cəminə görə 688.4 bal toplayıb və bu nəticə II ixtisas qrupu üzrə ən yüksək baldır.

III ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan Bakı şəhəri, Binəqədi rayonu 276 saylı məktəbin məzunu göstərib. O, imtahanın I mərhələsində 300 bal toplamışdı və beləliklə hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm