Hər kəs ixtisas seçimini özü etsin - DİM sədri
Bizi izləyin

Elm və təhsil

Hər kəs ixtisas seçimini özü etsin - DİM sədri

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyentlərə və onların valideynlərinə müraciət edib.

Publika.az xəbər verir ki, sentyabrın 10-dan ali məktəblərə ixtisas seçiminin başlanacağını bildirən M.Abbaszadə bütün abituriyentləri ixtisas seçimində diqqətli olmağa çağırıb: "Məsləhətim budur ki, hər kəs ixtisas seçimini özü etsin, bunu kiməsə həvalə etməsin. Biz sosial medianı araşdıranda görürük ki, kimlərsə başqalarının əvəzinə ixtisas seçimi edir. Bunu məsləhət görmürəm. İxtisas seçimi ilə əlaqədar Bakıda 6 universitetdə və 9 regional bölməmizdə məsləhət mərkəzləri olacaq, bütün xidmətlər pulsuzdur. Elektron növbə götürməklə abituriyentlər məsləhət mərkəzinə müraciət edə bilərlər. Amma düşünürəm ki, buna o qədər də ehtiyac yoxdur. “Abituriyent” jurnalına diqqətlə baxmaqla onlar düzgün seçim edə biləcəklər. İndi onların əllərində şəxsi nəticələri var, diqqətli olsunlar ki, ixtisas seçimi zamanı səhvə yol verməsinlər. Çünki bu zaman ərizə təsdiqlənməyəcək. Bütün ixtisas qrupları üzrə nələrə diqqət edilməsi barədə də kitabçalar var".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm