
Sentyabrın 10-dan 20-dək ixtisas seçimi ilə əlaqədar sənəd qəbulu olacaq, ayın 17-dək isə keçirilən qabiliyyət imtahanının nəticələri elan olunacaq.
Publika.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında bildirib.
O bildirib ki, ayın 20-dən sonra ümumi yerləşdirməni aparmaq mümkün olacaq və universitetlərə qeydiyyat başlayacaq.