Təhsilin inkişafı üçün bütün imkanlardan istifadə edilir - RƏY
Bizi izləyin

Elm və təhsil

Təhsilin inkişafı üçün bütün imkanlardan istifadə edilir - RƏY

“Azərbaycanda təhsilə hər zaman önəm verilib. Ölkə başçısı İlham Əliyev və bütövlükdə dövlətimiz təhsil infrastrukturunun yaradılması üçün hər cür imkandan istifadə edir”.

Bu sözləri Publika.az-a danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov deyib.

Onun sözlərinə görə, ölkəmizdəki orta məktəblərin demək olar ki, hər biri əsaslı şəkildə təmir olunub və ya yeniləri inşa edilib: “Ümumilikdə 3 mindən çox məktəb açılıb. Məktəblərin böyük əksəriyyəti tam şəkildə bütün avadanlıqlarla təchiz olunub. Bunlar hamısı göz önündədir. Düzdür, təhsilimizdə arzu olunmayan hallar da var. Çünki bizdə həm administrativ, həm də beynəlxalq Qərb təhsilinin birləşməsi var. Ancaq təhsil inkişaf edir.

Son 10 il ərzində məktəblərin təmirinə daha çox diqqət ayrılıb. Hər il orta məktəblər əsaslı şəkildə təmir olunur, yeniləri tikilir və ya modul tipli məktəblər şagird və müəllimlərin istifadəsinə verilir. Qaçqın və məcburi köçkünlər üçün də təhsil ocaqları tikilir. Bunların hamısını xalq görür və qiymətləndirir. Biz bu halları alqışlayırıq. Çünki bu təhsil infrastrukturudur və onun yaradılması çox yaxşı haldır”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm