Rezidenturaya ixtisas seçimi başladı
Bizi izləyin

Elm və təhsil

Rezidenturaya ixtisas seçimi başladı

Bu gündən rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlayıb.

Publika.az xəbər verir ki, ixtisas seçimi sentyabrın 25-dək aparılacaq.

Qeyd edək ki, DİM sentyabrın 18-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib. İmtahanda iştirakı gözlənilən 601 namizəddən 1 nəfər imtahana gəlməyib. Namizədlərdən 459 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm