Ali məktəblərə qəbul olunanların DİQQƏTİNƏ: Bu gündən...
Bizi izləyin

Elm və təhsil

Ali məktəblərə qəbul olunanların DİQQƏTİNƏ: Bu gündən...

2020-2021-ci tədris ili üçün ali məktəblərə qəbul olun abituriyentlərin daxil olduqları təhsil müəssisəsinə qeydiyyatı başlayıb.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, tələbə adı qazananlar sentyabrın 25-dən oktyabrın 7-dək sənədlərini ali məktəblərə təqdim etməlidirlər.

Qeydiyyat onlayn qaydada həyata keçirilir.

Abituriyentlər ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyat forması ilə tanış ola biləcəklər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 66464 nəfər iştirak edib. Onlardan 42731 nəfəri (o cümlədən 5785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20799 (o cümlədən 779 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 21932 (o cümlədən 5006 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm