Şagirdlərin elektron yerdəyişməsi bu tarixdə başlayacaq
Bizi izləyin

Elm və təhsil

Şagirdlərin elektron yerdəyişməsi bu tarixdə başlayacaq

15 oktyabr, saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdiriləcək.

Bu barədə Publika.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq, qeydiyyatdan keçmək lazımdır.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

Qeyd edək ki, sentyabrın 11-dən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalında siniflərin komplektləşdirilməsinin təmin edilməsi səbəbindən sorğuların qəbulu müvəqqəti dayandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm