Peşə təhsili üzrə müəllimlərin işə qəbul nəticələri elan olunur
Bizi izləyin

Elm və təhsil

Peşə təhsili üzrə müəllimlərin işə qəbul nəticələri elan olunur

2020/2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə müəllimlərin işə qəbulu müsabiqəsinin elektron mərhələsi üzrə müraciətlərin təhlili və seçilən namizədlərin elan olunması oktyabrın 15-dək mərhələli formada həyata keçiriləcək.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Publika.az-a ildirilib ki, bu mərhələdə müsabiqədə iştirak edən şəxslərin nəticələri və müsahibə mərhələsinə dəvət barədə məlumatlar müraciətçinin şəxsi kabineti bölümünə yerləşdirilir.

Müsabiqə tələblərinə cavab verən müraciətçilər üçün müsahibələrin təşkilinə növbəti həftədən başlanması və yekun nəticələrin isə oktyabr ayının sonuna qədər elan edilməsi nəzərdə tutulur. Müsahibə mərhələsinə seçilən namizədlərə müsahibənin keçirilmə tarixi, saatı və yeri barədə həm şəxsi kabinet bölümü vasitəsilə, həm də müsahibə öncəsi telefon vasitəsilə məlumat veriləcək. Müsahibə zamanı namizədə ixtisas, pedaqogika və metodika sahəsi üzrə biliklərinin, həmçinin şəxsi keyfiyyətlərinin müəyyənləşdirilməsi üçün müvafiq suallar təqdim ediləcək. Seçim zamanı müraciətçinin əmək stajı, ümumi pedaqoji stajı, yaşı, şəxsi keyfiyyətləri, xarici dil və İKT bacarıqları nəzərə alınacaq.

Xatırladaq ki, peşə təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi çərçivəsində 257 vakant yer elan edilib. Ümumtəhsil fənn müəllimi, ixtisas müəllimi və istehsalat təlim ustası vakansiyaları üzrə aparılan müsabiqəyə elektron müraciət mərhələsi zamanı ümumi 2091 müraciət daxil olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm