• USD 1,7000 0,00% EUR 2,0271 -0,00%
    • GBP 2,2728 -0,14% RUB 0,0225 0,00%

“Müasir kimyanın problemləri və inkişaf tendensiyaları" mövzusunda konfrans keçiriləcək

“Müasir kimyanın problemləri və inkişaf tendensiyaları" mövzusunda konfrans keçiriləcək

Qərbi Kaspi Universitetində 21 noyabr 2020-ci il tarixində “Müasir kimyanın problemləri və inkişaf tendensiyaları" mövzusunda Respublika elmi-praktiki konfransı (onlayn) keçiriləcək.

Konfransın məqsədi – nanostrukturlu, polimer, üzvi, qeyri-üzvi materialların aşkarlanması və aktual problemlərinin tədqiqi, neft emalı sahəsində əldə edilmiş yeniliklərin müzakirəsi və geniş əhatə dairəli tədqiqatçılar arasında professional əlaqələrin yaranması, təcrübələrin bölüşülməsi.
Konfransda aşağıda göstərilən istiqamətlər üzrə tematik seksiyalarda müzakirələrin aparılması planlaşdırılır:
 nanotexnologiyalar: inkişaf perspektivləri
 neft kimyası: neft emalı sektorunun gələcəyi
 polimer materiallarının mikroelektronika, optika və optoelektronikada istifadəsi; polimerlərin emalı və utilizasiyası
 qeyri-üzvi və üzvi maddə və materialların kimya və texnologiyası.
Konfransda iştirak üçün kimya istiqamətində elmi təqiqatla məşğul olan alimlər, müəllimlər, aspirantlar, magistrlar və digər maraqlanan şəxslər dəvət olunurlar.

Konfrans üçün qəbul olunan məqalələrə tələblər:
1. Konfransın dili: Azərbaycan, rus,ingilis
2. İştirak forması: məruzə, qiyabi iştirak (yalnız tezis çapı ilə)
3. Məqalənin yazılış tələbatı: A4 formatlı kağızda (hər tərəfdən 2,0 sm) Times New Roman şrifti, 14 ölçü (keql), 1,0 interval, 2-4 səhifə həcmində.
4. Məqalənin adı: böyük hərflərlə ortada yazılmalı.
5. Müəllifin adı, atasının adı və soyadı, elmi dərəcəsi (varsa), işlədiyi və ya oxuduğu yer göstərilməli, əlaqə telefonu, emaili qeyd olunmalıdır.
6. Məqalənin mətni: giriş hissə, metodika, alınmış nəticələr və müzakirə, açar sözlər (5-8 –dən artıq olmamaq şərtilə), qrafik təsvirlər, cədvəllər Microsoft Word proqramında işlənməli və mətnin arasında verilməli, ədəbiyyat siyahısı 5-12 istinad olmaqla, original dildə verilməlidir.
7. Xülasələr məqalənin dilindən əlavə 2 dildə tərtib olunmalı, məqalənin adı, açar sözləri daxil olmaqla 200-300 simvoldan artıq olmamalıdır.
8. Məqalələr və müəllif haqqında məlumat anketi bu emaildə qəbul olunur: [email protected]
9. Məruzə etmək istəyənlər əlavə olaraq, öz məruzəsinin slaydını konfransdan ən azı iki həftə əvvəl təqdim etməli, məruzə -6-10 dəqiqə müddətində nəzərdə tutulmalıdır.
10. Konfrans üçün heç bir ödəniş tələb olunmur, konfransın sonunda məqalələr toplusu və sertifikat veriləcək.
11. Məqalələr və ya konfrans barədə məlumat almaq üçün bu ([email protected]; [email protected]) ünvanlara və bu (+ 994552835857, +994706809463) nömrələrə zəng edə bilərsiniz.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR