Peşə təhsili üzrə "Dərs vaxtı" proqramının cədvəli AÇIQLANDI
Bizi izləyin

Elm və təhsil

Peşə təhsili üzrə "Dərs vaxtı" proqramının cədvəli AÇIQLANDI

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı sentyabrın 27-nə olan cədvələ uyğun yayımlanıb.

Agentlikdən Publika.az-a bildirilib ki, proqramda şəxsi inkişaf və karyera planlaşdırılması, hesablama əməliyyatları, ana dilində ünsiyyət, peşə etikası, əməliyyatçı-mühasib, interyer və eksteryerin bədii tərtibatçısı, bərbər-vizajist-manikürçü ixtisasları üzrə dərslər təqdim olunub.

Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyi rəsmi "YouTube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm