Azərbaycanda bütün ölkə ərazisində təhsil BU QAYDADA OLACAQ - Nazir AÇIQLADI
Bizi izləyin

Elm və təhsil

Azərbaycanda bütün ölkə ərazisində təhsil BU QAYDADA OLACAQ - Nazir AÇIQLADI

Sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana təcavüzü səbəbilə bir çox bölgələrdə tədris dayandırılmışdı. Təəssüf ki, bir aydır ki, bu hücumlar cəbhə və cəbhədən kənar ərazilərdə həyata keçirilir.

Publika.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, son bir ayda olan təcavüz səbəbilə 9 şagird həlak olub: "Uşaqların, mülki insanların həlak olması bizim düşmənlə yox, terroristlərlə mübarizə apardığımızın göstəricisidir. Üzləşdiyimiz halla yanaşı, koronavirus infeksiyasının yayılması da son həftələrdə artıb. Doğrudur, sentyabrın 15-dən əyani tədrisə keçidi müvafiq plan əsasında həyata keçirirdik. Amma COVID-19 infeksiyasının sürətlə yayılması və ölkədə yaranan hərbi vəziyyət prosesin mürəkkəbləşməsinə səbəb oldu. Bütün bu amilləri nəzərə alaraq 19 oktyabr tarixindən bütün təhsil müəssisələrində tətil elan edildi. Əsas məqsədimiz bu müddətdə vəziyyəti düzgün qiymətləndirmək və müəyyən hazırlıq işləri apararaq ən mümkün qərarların verilməsi oldu.

10 gün müddətində bir sıra hazırlıq işləri görülüb. Ən optimal qərar 2 noyabr tarixindən tədrisin distant formada həyata keçirilməsidir. Doğrudur, bu, bizə çətinliklər yaradacaq. Lakin aprel, may aylarında təcrübəmiz var. Nə qədər çətinlik yaransa da, biz bu üsulla yəqin ki, bütün ölkə ərazisində təhsili onlayn qaydada həyata keçirəcəyik. Biz daima ictimaiyyətlə əlaqədə oluruq. Uşaqların tətil dövründə tədrisdə kənarda qalması ilə müqayisədə, distant təhsil daha məqbul hesab edilir. Həm ali, həm orta təhsil müəllimləri ilə bir sıra işlər görülüb.

Tədris platformalarının bərpası üçün müvafiq testlər aparılıb, xeyli iş görülüb. Təbii ki, müəyyən problemlər var və biz onları başa düşürük. Bir çox hallarda gördüyümüz ondan ibarətdir ki, internet var, amma insanların vpn-dən istifadəsi buna problem yaradır. Tədris platformalarından istifadə zamanı vpn-in söndürülməsi tövsiyə olunur. Eyni zamanda istifadəçinin internetə çıxışı olsa da, platformadan istifadə müddəti bitdiyinə görə tədrisə qoşula bilmir. Bu hallar 10-15 faiz istifadəçidə müşahidə olunur və çalışırıq ki, bu istiqamətdə maarifləndirmə işini gücləndirək".

Aysel

Oxumağa davam et
Reklam
Reklam

Gündəm