Təhsil naziri Əziz Sancara təşəkkür etdi - FOTO
Bizi izləyin

Elm və təhsil

Təhsil naziri Əziz Sancara təşəkkür etdi - FOTO

Təhsil naziri Emin Əmrullayev üç yaşlı Xədicənin gələcək təhsili üçün göstərdiyi dəstəyə görə dünyaca məşhur alim, Kimya üzrə Nobel mükafatçısı Əziz Sancara təşəkkür məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, nazir şəxsi feysbuk səhifəsində də Əziz Sancarın ünvanına bu sözləri qeyd edib:

“Dünyaca məşhur alim, Kimya üzrə Nobel mükafatçısı Əziz Sancarın üç yaşlı Xədicənin gələcək təhsilinə göstərdiyi dəstək bizi sevindirdi. Göstərdiyi bu təşəbbüsə və dəstəyə görə çox hörmətli Əziz Sancara bütün təhsil ictimaiyyəti adından dərin təşəkkür edirik. Xədicənin gələcək təhsili üçün atılan bu addım, eyni zamanda Qarabağla bağlı Azərbaycanın haqq işinə də böyük dəstəkdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm