Nailə Məmmədovanın yeni işi barədə nazirlikdən AÇIQLAMA
Bizi izləyin

Elm və təhsil

Nailə Məmmədovanın yeni işi barədə nazirlikdən AÇIQLAMA

187 saylı tam orta məktəbin keçmiş direktoru Nailə Məmmədovanın çalışdığı İctimai Nəzarət Koalisiyası özəl və müstəqil ictimai təşkilatdır.

Bunu Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, bu təşkilatın dövlətə bağlılığı və ya hüquqi qərar qəbul etmə səlahiyyəti yoxdur:

"Nailə Məmmədovaya yüksək vəzifə verilməsi doğru ifadə deyil. Çünki bu, vəzifə deyil, sadəcə olaraq bir ictimai əsaslı özəl təşkilatın strukturdur. O xanım direktor kimi öz ərizəsi ilə işdən azad olunub. Amma həmin məktəbdə müəllim kimi fəaliyyətini davam etdirir".

Məsələ ilə bağlı saytımıza açıqlama verən Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov da bu təşkilatın Təhsil Nazirliyi ilə heç bir əlaqəsi olmadığını bildirib.

Qeyd edək ki, mətbuatda karantində özünə təntənəli ad günü keçirməsi ilə gündəmə gələn və öz ərizəsi ilə işdən azad edilən keçmiş direktor Nailə Məmmədovanın İctimai Nəzarət Koalisiyasında “vəzifəyə” təyin edilməsi barədə məlumat yayılıb.

Bu QHT-nin rəhbəri Rasim Məmmədov N.Məmmədovanın qardaşıdır.

xxx

Nailə Məmmədova bu gün İctmai Nəzarət Koalisiyasının Təhsil Departamentinin sədri təyin edilib.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Təhsil.biz-ə İctimai Nəzarət Koalisiyasının mətbuat xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, Nailə Məmmədova bir neçə gün əvvəl karantində özünə təntənəli ad günü keçirməsi ilə gündəmə gəlmişdi. O, iki gün öncə 187 saylı tam orta məktəbin direktorluğu vəzifəsindən azad olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm