Ramiz Mehdiyev 70 yaşlı akademikin yerinə 80 yaşlı akademiki gətirdi
Bizi izləyin

Elm və təhsil

Ramiz Mehdiyev 70 yaşlı akademikin yerinə 80 yaşlı akademiki gətirdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aşqarlar Kimyası İnstitutunun direktoru akademik Vaqif Fərzəliyevə yeni vəzifə verilib.

V.Fərzəliyev AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi Şurasının sədri seçilib.

O, bu vəzifədə 70 yaşlı akademik Dilqəm Tağıyevi əvəzləyib. 1939-cu il təvəllüdlü V.Fərzəliyev bundan əvvəl Elmi Şuranın sədr müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, D.Tağıyev AMEA-nın birinci vitse-prezidenti seçilib.

Xatırladaq ki, Vaqif Fərzəliyev 1939-cu il dekabrın 19-da Bakıda anadan olub. O, 1967-dən AMEA-da çalışır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm