Bu il imtahanlarda güzəştlər olacaq? - Təhsil Nazirliyindən AÇIQLAMA
Bizi izləyin

Elm və təhsil

Bu il imtahanlarda güzəştlər olacaq? - Təhsil Nazirliyindən AÇIQLAMA

İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı təkliflər edilir, amma hazırkı pandemiya dövrü bizi təhsilə daha məsuliyyətli yanaşmağı tələb edir.

Bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib.

Onun sözlərinə görə, ötən ilin dekabrında imtahan sessiyasının keçirilməsi haqqında əmr imzalanıb. Sessiya imtahanları onlayn qaydada 4 həftə ərzində keçiriləcək: "Əslində, keçən ilin son semestrindən dərslər onlayn keçirilir. Bu, bütün təhsil sistemi üçün bir çağırışdır. Ən vacib məsələ odur ki, bir çox hallarda imtahanların formalarının keçirilməsi idi. Bundan əvvəl imtahanlar daha çox yazılı şəkildə keçirilirdi. Pandemiya şəraitində yazılı imtahanlar olsa da imtahanlar əsasən şifahi formaya keçib. Pandemiyadan sonra – bəlkə yaz, bəlkə də daha sonrakı semestrdə ənənəvi imtahan sessiyasına keçəcəyik". (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm