On minlərlə şagird keyfiyyətli təhsillə təmin edilmir - Nazir
Bizi izləyin

Elm və təhsil

On minlərlə şagird keyfiyyətli təhsillə təmin edilmir - Nazir

Vətəndaşlar tez-tez dərslərin ənənəvi qaydada bərpasının nə üçün həftədə 3 dəfə olduğunu soruşurlar. Nəzərə alaq ki, ÜST insanlar arasında 1-1,5 metr sosial məsafə saxlanılmasını tövsiyə edir. Siniflərin, məktəblərin ölçüsü, müəllimlərin sayı baxımından siniflər bölünürsə, orada həftədə 5 dəfə tədris etmək mümkün deyil.

Publika.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, pandemiya dövründə ən başlıca məqsəd sıxlığın idarə edilməsidir: "Bunu zərurətdən yaranan məsələ kimi qəbul etmək lazımdır. Sıxlıqlarla bağlı məsələ qaydasına düşərsə, tədris əvvəlki qaydada bərpa oluna bilər. Azərbaycanda mövcud olan 600 min sinifdən 49 minində şagird azdır. Orta hesabla 80 faiz şagird sıxlığı az olan sinif var ki, şagird sayı 40-dan çox olan 111 sinif var. Hibrid təhsil heç də yaradıcı təfəkkürün məhsulu deyil, yaranmış situasiyadan çıxış yoludur".

Nazir qeyd edib ki, hazırkı tədris problemlərindən biri internet resurslarıdır: "Ötən ilin yanvar ayı ilə müqayisədə Azərbaycan təhsilində İKT-nin tətbiqi ilə bağlı əsaslı dəyişikliklər baş verib. Hazırda təhsil alanların 1 400 000-dən çoxunun özünəməxsus kabineti var. 150 000 təhsil verən platformada qeydiyyatdan keçib. Həftəlik dərslərin sayı 6 200 000 olaraq qeydə alınıb. Bu dərsin keçirilməsində Azərbaycan müəllimlərinin böyük əməyi var. Eyni zamanda, 37 ali təhsil müəssisəsindən 125 minə yaxın insan sistemdə qeydiyyatdan keçib. Bir il əvvəl bu göstəricilərin 0,1-ni belə təsəvvür edə bilməzdik. Bu, irəliyə doğru atılan kifayət qədər böyük addımdır. Onlayn təhsil şəbəkəsinin mövcudluğu ilə nə qədər müəllimin, təhsil alanın hansı çətinliklərlə üzləşdiyini bilirik. Verilmiş şəraitdə on minlərlə şagird keyfiyyətli təhsillə təmin edilmir. Bu mənada teledərslər şagirdlərin təhsildən yayınmamasında rol oynayır. Sentyabrdan yanvaradək 3130 dərs təqdim edilib. Əgər bu teledərslərə yalnız internet üzərindən 12 milyon dəfə baxılıbsa, televiziya üzərindən daha çox izlənilib. Doğrudur, bu, arzuedilən deyil. Distant təhsil verilmiş vəziyyətdə ən yaxşı həll yoludur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm