Elm və təhsil
Növbəti “GRE: General Test” imtahanı keçiriləcək
Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service) kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı martın 1-də Dövlət İmtahan Mərkəzinin (DİM) A.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
Bu barədə Publika.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanda iştirak edəcək şəxslər saat 08:00-dan gec olmayaraq aşağıda tələb olunan sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:
- Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
- İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə.
İmtahan iştirakçısı “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edib imzalamalı və özü ilə gətirməlidir. İmtahan saat 9:00-da başlayır.
COVID-19 virusu ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
“GRE: General Test” imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...