Elm və təhsil
Hansı halda məktəblər bağlana bilər? - Ekspert AÇIQLADI
Şagirdlərin 10-15 nəfəri bir gündə koronavirusa yoluxursa, bu, artıq kütləvi hal sayılır və məktəb qapanmaya gedir.
Publika.az xəbər verir ki, bunu təhsil eksperti Qoşqar Məhərrəmov deyib. Onun sözlərinə görə, ötən ilin mart ayından bütün məktəblər deyil, məhz yoluxma halları çox olan təhsil ocağı bağlanmalı idi:
"Əslində, mart ayından bu cür addımlar atıla bilərdi və hansı məktəbdə kütləvi yoluxma halları müşahidə olunur, məhz onlar da bağlanmalı idi. Qonşu Rusiyada belə bir təcrübə var ki, hər hansısa sinifdə bir nəfər belə yoluxarsa, o sinif mütləq şəkildə qısamüddətli bağlanır. Yaxud bir məktbədə ən azı 15-20 nəfərdə yoluxma qeydə alınırsa, təhsil ocağı bağlanır və iki həftə sonra açılır".
Q.Məhərrəmov qeyd edib ki, artıq müəyyən mənada başa düşülüb ki, bütün təhsil müəssisələrini bağlayaraq bu virusla mübarizə aparmaq lazım deyil:
"Mən düşünürəm ki, biz yavaş-yavaş normal həyatımıza geri qayıtsaq, bu, daha yaxşı bir addım olacaq". / "Trend"
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!