Azərbaycanda yeni universitet yaradılır
Bizi izləyin

Elm və təhsil

Azərbaycanda yeni universitet yaradılır

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının bazasında Şəki Dövlət Universitetinin yaradılması üçün aidiyyatı üzrə müraciət edilib.

Publika.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.

Hesabatda bildirilir ki, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında 8 ixtisas üzrə kadr hazırlığı aparılır. Hər il filiala müxtəlif ixtisaslarü zrə təxminən 270-280 tələbə qəbul olunur.

Ümumilikdə isə filialda 1000-ə yaxın tələbə təhsil alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm