Peşə təhsili üzrə "Dərs vaxtı" proqramı cədvələ uyğun təqdim edildi
Bizi izləyin

Elm və təhsil

Peşə təhsili üzrə "Dərs vaxtı" proqramı cədvələ uyğun təqdim edildi

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “dərs vaxtı” proqramı martın 9-na olan cədvələ uyğun yayımlanıb.

Agentlikdən Publika.az-a bildirilib ki, proqramda mehmanxana inzibatçısı, dərzi, bərbər-vizajist-manikürçü, kənd təsərrüfatı məhsullarının saxlanması və anbarlanması üzrə logistika mütəxəssisi, quru inşaat ustası, turizm sahəsində iaşə üzrə mütəxəssis, ana dilində ünsiyyət, kompüter operatoru, dizayner ixtisasları üzrə dərslər təqdim olunub.

Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından izləyə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm