Daha iki məktəb distant təhsilə keçdi
Bizi izləyin

Elm və təhsil

Daha iki məktəb distant təhsilə keçdi

Koronavirus infeksiyası səbəbindən daha iki orta məktəbdə əyani təhsil dayandırılıb.

Ağdaş şəhərində yerləşən Bəkir Nəbiyev adına tam orta məktəb də distant təhsilə cəlb olunub.

Belə ki, təhsil müəssisəsində 2 şagird və 1 müəllimdə COVID-19 testinin cavabı pozitiv çıxdığı üçün Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bu gündən etibarən dərs prosesinin distant təhsilə keçirilməsinə qərar verilib.

Kürdəmir rayon Qarasu kənd orta məktəbi də distant təhsilə keçib.

Müəllimlərdən birinin koronavirus testinin nəticəsinin pozitiv olması ilə əlaqədar bu gündən həmin təhsil müəssisəsində tədris 14 gün distant formada davam edəcək.

Qeyd edək ki, 2020-2021 ci tədris ilində rayon üzrə təhsil müəssilərində bu günə kimi 35 şagirdə, 9 müəllimdə COVID-19 virusu aşkar edilib. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm