Məktəb direktoru işdən çıxarıldı
Bizi izləyin

Elm və təhsil

Məktəb direktoru işdən çıxarıldı

Quba rayon İspik kənd tam orta məktəbinin direktoru Bəxtiyar Kərimov işdən çıxarılıb.

Publika.az xəbər verir ki, bu barədə Report-a Quba Rayon Təhsil Şöbəsindən məlumat verilib.

B.Kərimov təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə çalışmanın son yaş həddinə çatması ilə əlaqədar vəzifəsindən azad edilib.

Qeyd edək ki, keçmiş direktor təhsil sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev tərəfindən Fəxri fərmanla təltif edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm